“Fukusima-1” AES-in bağlanacağı dəqiqləşdi
31 mart 2011 15:22 (UTC +04:00)

“Fukusima-1” AES-in bağlanacağı dəqiqləşdi

Qəzalı “Fukusima-1” Atom Elektrik Stansiyası bağlanacaq, bu, qaçılmazdır. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Naoto Kan bəyan edib.


Qeyd edək ki, bundan əvvəl “Fukusima-1” AES-in bağlanmasının mümkünlüyünü Nazirlər Kabinetinin baş katibi Yukio Edano dilə gətirib.


Yaponiyanın baş naziri isə tək “Fukusima-1” AES-in bağlanması ilə işin bitməyəcəyini, ölkənin enerji konsepsiyasının yenidən işləniləcəyini vurğulayıb. Onun sözlərinə görə, 2013-cü ilədək ölkədə 14 yeni atom reaktorunun tikintisi ilə bağlı plan da yenidən müzakirəyə çıxarılacaq: “Yaponiya enerji siyasətini “təmiz səhifə”dən başlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar