NATO admiralı: “Liviya qiyamçılarının tərəfindən “əl-Qaidə” üzvləri var”
30 mart 2011 18:39 (UTC +04:00)

NATO admiralı: “Liviya qiyamçılarının tərəfindən “əl-Qaidə” üzvləri var”

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı admiral Ceyms Stavridis bildirib.

O, hazırkı mərhələdə “əl-Qaidə”nin qiyamçıların tərkibində geniş miqyaslı təmsilçiliyi barədə danışmağın tez olduğunu söyləyib: “Biz onların tərkibini ciddi şəkildə öyrənirik. Onların liderləri barədə də məlumat toplayırıq”.

Bununla da, NATO komandanı Müəmmər Qəddafinin hərbi əməliyyatların ilk günlərində verdiyi bəyanatı qismən təsdiqləyib. Xatırladaq ki, Qəddafi qiyamçıların “əl-Qaidə” üzvləri olduğunu və Qərbin onlarla mübarizədə Liviya hökumətinə maneçilik törətdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar