Kəsmik oğurlayan qoca qadın utandığından öldü –
31 mart 2011 02:01 (UTC +04:00)

Kəsmik oğurlayan qoca qadın utandığından öldü –

Lent.az-ın “lifenews” saytına istinadən verdiyi məlumata görə, hadisə Rusiyada baş verib. “Liniya” mağazasının mühafizəçiləri əvvəlcə qadının onların gözləri önündə öldüyünü başa düşməyiblər. Supermarketə “təcili yardım” maşını gələndə isə çox cüzi təqaüd səbəbindən oğruya çevrilən yaşlı qadın ürək tutmasından keçinib.

70 yaşlı Nina Petrova gündə 150 rubla (təxminən 4 manat) yaşayırmış və hər şeyə qənaət edirmiş. Onun həyat yoldaşı çoxdan ölüb, uşaqları isə olmayıb. Hadisə baş verən gün isə nəfsini saxlaya bilməyib, ətrafa göz gəzdirəndən sonra şirin kəsmiyi cibinə soxub. Kəsmiyin bir ədədinin qiyməti isə cəmi 5 rubl olub... Amma o, kassa aparatının yanında uzaqdan yoxlama aparatı durduğunu bilməyib.

Siqnal səsinə yaxınlaşan mühafizəçilər qadını xüsusi otağa apararaq yoxlayıblar. Onun ciblərini yoxlayanda, qadın son dərəcə həyəcanlanıb. Qorxudan və utandığından ürəyi tutan qadının vəziyyəti pisləşib. Əvvəlcə üzünü masaya söykəyib, sonra isə stuldan yerə sürüşməyə başlayıb.

Oğruların bir çox hiyləsini görən mühafizəçilər əvvəlcə qadının öldüyünü başa düşməyiblər. Onu özünə gətirməyə çalışanda isə, qadının halının doğrudan da pis olduğunu anlayıblar. Hadisə yerinə çağırılan həkimlər isə artıq ona kömək edə bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar