İran Azərbaycanla sərhəddə yeni baza yerləşdirir
İran KİV-nin yaydığı məlumata əsasən, İslam Respublikası sərhədlərin təhlükəsizliyi çərçivəsində yaxın zamanlarda hava nəzarəti sistemini yeniləşdirmək niyyətindədir. İnqilab Keşikçiləri Qvardiyasının sərhəd polisi komandanı general Hüseyn Zülfiqari bildirib ki, bu məqsədlə sərhəddə Hava Hücumundan Müdafiə bazaları qurulacaq.
Onun sözlərinə görə, ötən ildən sərhəddə yeni elektron texnologiya tətbiq edilib: “Ölkə sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirmək üçün üstün plan hazırlanıb və bu plan yaxın günlərdə təsdiqlənəcək”.
Ötən gün H.Zülfiqari Azərbaycan Respublikası ilə sərhəd rayonlarda, Parsabad (Muğan) və Güney Biləsuvarda sərhəd məntəqələrinə baxış keçirib. Onu İran parlamentinin təmsilçiləri, Ərdəbil əyalətinin polis rəisi, Parsabad və Biləsuvar şəhərlərinin icra başçılara müşayiət edib.
Qeyd edək ki, Muğan bölgəsinin Azərbaycan Respublikası ilə sərhədinin uzunluğu 100 km-dən artıqdır.
Dövlətin öz təhlükəsizliyin təmin etməsi adi və təbii bir hərəkətdir. Ancaq təəccüblüsü budur ki, İslam Respublikası bu sayıqlığı bir qayda olaraq, Azərbaycan Respublikası ilə münasibətdə nümayiş etdirir. Onda Tehran rəsmilərinin Bakıdan İrana gedən hakimiyyət təmsilçilərinə “Azərbaycan Respublikası İrana qardaş dövlətdir” deyimini necə dəyərləndirmək olar? Bəs, onda Tehranın təcavüzkar olaraq tanıdığı Ermənistan İran İslam Respublikasının necə qohumudur?
Azərbaycan Respublikasından ehtiyatlanan Tehran hakimiyyəti Ermənistanla əməkdaşlığı genişləndirməkdən danışırlar.
Novruz bayramı təntənəsində iştirak etmək üçün Tehranda səfərdə olmuş erməni prezident Serj Sarksiyan İranlı həmkarı Mahmud Əhmədinejadla ikitərəfli münasibətlərin inkişafına dair məsələni də müzakirə edib.
“MIGnews”-un məlumatına əsasən, İslam Respublikasının prezidenti görüş zamanı deyib: “İran və Ermənistan arasında əməkdaşlığın perspektivinin sərhədi yoxdur. Biz iki dost dövlət qarşılıqlı münasibəti davam etdirməliyik”.
Tehran rəsmisi daha sonra enerji və nəqliyyat sahələrində öncədən əldə edilmiş anlaşmaların gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı tərəflər Araz çayı üzərində Ermənistanın İran üçün iri Su Elektrik Stansiyasını tikməsində razılıq əldə edib.
Tehranla Yerevan arasında enerji sahəsində əməkdaşlıq 450 milyon dollar dəyərləndirilir.
Serj Sarkisyan bildirib ki, İran Ermənistanla siyasi və iqtisadi əlaqələri genişləndirməyə çalışır.
Tərəflər arasında əməkdaşlığın sürəti yanacaq daşıyan avtomobillərin tez-tez qəzaya uğramasında da özünü göstərir.
Ötən gün İrana məxsus qazla dolu avtomobil çəni Ermənistanda aşıb. Erməni fövqəladə qurumunun məlumatına görə, qaz sızmayıb, zərərçəkən yoxdur.
“Novosti-Armeniya”-nın məlumatına görə, rəsmi açıqlamaya əsasən, Yexeqnadzor-Yerevan yolunun 21 km-də İslam Respublikasına məxsus “Mercedes” markalı avtomobil aşıb. Avtomobilin sisternində 22 ton maye qaz olub.
Xatırladaq ki, keçən ilin payızında İrandan Ermənistana yanacaq aparan İslam Respublikasının avtosisterni Ermənistan ərazisində qəza uğramışdı.
Sədrəddin Soltan

983