Səddamın doğulduğu şəhərdə silahlar işə düşdü
29 mart 2011 16:50 (UTC +04:00)

Səddamın doğulduğu şəhərdə silahlar işə düşdü

İraqın sabiq diktatoru Səddam Hüseyninin anadan olduğu Səlahəddin vilayətinin inzibati mərkəzi Tikrit şəhərində bir qrup silahlı şəxs vilayət parlamentinə hücum çəkib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, öncə parlament binasının önündə terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb, daha sonra silahlılar binanı atəşə tutub.

Ən azı 10 nəfər girov götürülüb. ABŞ və İraq ordusunun əsgərləri binanı mühasirəyə alıblar. Şəhərdə küçələrə çıxmaq qadağan edilib. Hazırda xilasetmə əməliyyatına hazırlıq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar