“13 yaşlı qızınızı verin, sizi buraxım!...”
Dünyanı gəzmək üçün yaxtaları ilə dəniz səfərinə başlayan, ancaq fevralın 24-də Somali sahillərindən 555 kilometr uzaqda dəniz quldurları tərəfindən əsir alınan danimarkalı Quist Yohansen ailəsi çətin seçim qarşısında qalıb.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, ata və ananı 3 övladı ilə birgə ələ keçirdikləri bir yunan gəmisinə aparan dəniz quldurlarına qarşı Somali dövləti tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı da nəticəsiz başa çatıb. Bir neçə gün əvvəl Danimarkanın “Ekstra Bladet” qəzetinin müxbiri Kristian Korne dəniz quldurlarından gəmidə 24 saat olmaq üçün icazə alıb. Müxbir dəniz quldurlarının qəribə təklifinin olduğunu söyləyib: “Ata Yan xəstə görünürdü, ailənin digər üzvləri isə yorğun və hirsli idilər. Dəniz quldurlarının rəhbəri mənə dedi ki, əgər ona 13 yaşlı Naya Yohansen ilə evlənməyə icazə verilərsə, hər kəsi sərbəst buraxacaq və ailə üzvlərinin sərbəst buraxılması üçün istədiyi 5 milyon dollardan da vaz keçəcək”.
Müxbir dəniz quldurlarının ailə üzvləri ilə danışmaq üçün ona icazə vermədiklərini, ancaq ana və atanın azyaşlı qızlarının dəniz quldurlarının rəhbərinə getməyə razı olmayacaqlarına əmin olduğunu bildirib.

577