Qəddafi plastik cərrahiyyə əməliyyatının qurbanı olub
Liviya prezidenti Müəmmər Qəddafinin üzündə plastik cərrahiyyə əməliyyatının keçirilməsində iştirak etmiş braziliyalı cərrah Liasyar Ribeyro bu barədə danışıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Liasyar Ribeyro bildirib ki, Müəmmər Qəddafinin məxfi bunkerinə 1995-ci ildə dəvət olunub.
Müəmmər Qəddafi cərraha deyib ki, 25 ildir hakimiyyətdədir və gənc insanların bir qoca tərəfindən idarə olunduqlarını düşünmələrini istəmir. Liasyar Ribeyro Müəmmər Qəddafinin qarnından piy götürüb və üzündəki qırışları bu piyin köməyi ilə düzəldib. Onun başına parik də yerləşdirilib. Cərrahiyə əməliyyatı 4 saat çəkib.
Cərrahi əməliyyat zamanı Müəmmər Qəddafi 53 yaşında olsa da, 10 il daha yaşlı görünürmüş. Liasyar Ribeyro Liviya prezidentinin diqqətinə çatdırıb ki, plastik əməliyyatın effekti 5 il olur, sonra yenə əməliyyat tələb olunur. Müəmmər Qəddafi isə onu yenidən Tripoliyə dəvət edəcəklərini söyləyib. Liasyar Ribeyro növbəti dəfə Tripoliyə 2000-ci ildə dəvət olunub: “Müəmmər Qəddafi hazırda yaxşı görünmür. Mən potensial xəstəmə demək istəyirəm ki, onu bir neçə dəfə məhsuldar olmayan əməliyyat etmişəm...”.

596