Berluskoninin seks məclisinin fotoşəkilləri yayıldı -
23 mart 2011 23:01 (UTC +04:00)

Berluskoninin seks məclisinin fotoşəkilləri yayıldı -

Lent.az-ın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bu fotoşəkillərin olduğu fayllar baş nazirin villasında olmuş onlarla qadının noutbuk və fotoaparatlarında aşkarlanıb.

Hələ ki, fotoşəkillərdə 32 yaşlı teleulduz Barbara Qerra daha çox diqqət çəkir. Fotoşəkillərdən aydın görünür ki, o, “Bunqa-bunqa” oyununda sərt polis rolunu oynayır. Digər çəkilişlərdə qadınların bir-biri ilə öpüşməsi yer alır.

Belə görünür ki, bu fotoşəkillər prokurorluğun Silvio Berluskoni ilə bağlı topladıqları təhqiqat materialları arasında yer alıb və mətbuata sızıb. Prokurorluğun təhqiqat materialları 20 min səhifədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar