Hüsnü Mübarəkə ittiham irəli sürüldü
Misirin sabiq prezidenti Hüsnü Mübarəkə qarşı etiraz aksiyalarında onun istefasını tələb edən müxalifətçiləri qəsdən öldürməsi ilə bağlı ittihamı irəli sürülüb. Lent.az-ın “Əl-Əhram” qəzetinə istinadən verdiyi məlumata görə, belə ittiham Misirin sabiq daxili işlər nazirinə qarşı da irəli sürülüb.
Kütləvi iğtişaşlar zamanı baş verənləri araşdırmaq üçün yaradılmış komissiyanın açıqlamasına görə, gözyaşardıcı qaz, rezin güllədən istifadə edilməklə aksiyalar dağıdılan zaman 360 nəfər həyatını itirib. Komissiya materialları Misir Prokurorluğuna təqdim edib. Təhqiqatın nəticəsinə görə, Hüsnü Mübarək dövlət başçısı kimi aksiyalar zamanı vətəndaşların ölümünə görə məsuliyyət daşıyır.

613