Abdulla Gül: “Liviyadakı vəziyyətdən sui-istifadə etməyə çalışırlar”
23 mart 2011 13:54 (UTC +04:00)

Abdulla Gül: “Liviyadakı vəziyyətdən sui-istifadə etməyə çalışırlar”

Qanaya səfərə gedən Türkiyə prezidenti Abdulla Gül aeroportda jurnalistlərə açıqlama verib. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Abdulla Gül deyib ki, Liviyada hakimiyyətdə olanlar istefa verərlərsə, bu, onların ölkələrinin başqa ölkələr tərəfindən talan edilməsinin qarşısını alacaq.

Türkiyə prezidenti ad çəkmədən bəzi NATO ölkələrini Liviyada yaranmış vəziyyətdən sui-istifadə etməkdə günahlandırıb: “NATO dünyada olan ən böyük müdafiə təşkilatıdır. Təəssüf ki, bəzi ölkələr Liviyada yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Dünənə qədər bu diktatordan faydalanmaq üçün öz xalqlarının belə təqdir etmədiyi işlər görənlərin bu gün nələr etdiyini görürük. Gizli niyyətləri olanlar olduğunu görürük”.

Abdulla Gül Türkiyənin rasional bir siyasət yürütdüyünü vurğulayıb: “Yaxın perspektivdə bu siyasət bəziləri tərəfindən tənqid edilə bilər, amma uzaq perspektivdə Türkiyənin haqlı olduğu üzə çıxacaq. Türkiyənin gələcəyin necə olduğunu görüb, buna uyğun hərəkət etməsi lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar