Tacikistanda 4,7 bal gücündə zəlzələ
23 mart 2011 10:31 (UTC +04:00)

Tacikistanda 4,7 bal gücündə zəlzələ

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Xoroq şəhərindən (paytaxt Düşənbədən 600 kilometr cənub-şərqdə) 27 kilometr cənubda, Əfqanıstan ərazisində olub.

Hələlik ölən və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, son bir neçə gündə Tacikistanda ikinci güclü zəlzələdir. Martın 21-də Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,8 bal gücündə zəlzələ olmuşdu. O zaman Xoroqda təkanların gücü 3 bala çatmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar