Yaponiyada 6,1 bal gücündə daha bir zəlzələ
Lentaz-ın “Röyter” agentliyinə istinadən məlumatına görə, yeraltı təkan Tokiodan şimal-şərqdə yerləşən İbaraki prefekturasında qeydə alınıb. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
6 bal və daha yüksək maqnitudası olan olan zəlzələ güclü zəlzələ hesab edilir. Seysmoloqlar bildirirlər ki, bu cür zəlzələlər ciddi dağıntılara və insan tələfatına səbəb ola bilər.
Yeni zəlzələnin vura biləcəyi zərər barədə operativ informasiya yoxdur. Zəlzələ vaxtı paytaxt Tokioda evlər “titrəyib”.
Qeyd edək ki, martın 19-da səhər saatlarında Yaponiyanın şərqindəki Hönsü adasında maqnitudası 5,4 və 5,9 bal olan iki zəlzələ baş verib.
“Kiodo” agentliyi bildirib ki, yapon meteoroloqlarının fikrincə, 7 ballıq Yaponiya şkalası üzrə maqnitudası 5 baldan yuxarı olan təkanların yenidən baş verməsi ehtimalı son 3 gündə azalaraq 40 faizdən 30 faizə düşüb.

575