Yəmən və Bəhreyndə qan axmaqda davam edir
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Yəməndə polisin prezident Ali Abdulla Salehin hakimiyyətdən getməsini tələb edən aksiya iştirakçılarına atəş açması və gözyaşardıcı qazlardan istifadə etməsi nəticəsində 14 nəfər yaralanıb.
Xatırladaq ki, dünən polisin Yəməndə aksiyaya müdaxiləsi nəticəsində 1 nəfər ölüb, 200 nəfər yaralanıb.
Bəhreyndəki son durumla bağlı da məlumat yayılıb. Günorta saatlarında polis paytaxt Manama yaxınlarında sünni kral hakimiyyətinə qarşı çıxan şiə aksiyaçılara atəş açıb. Bəhreyn İnsan Haqları Dərnəyinin rəhbəri Nebil Recep Manamanın qərbindəki Şiə Deyh bölgəsində polisin aksiyaçılara atəş açdığını bildirib. Çoxlu sayda polis avtomobili Cidafs bölgəsini Deyhə bağlayan yolu qapadıb.

709