Bəhreyndə Səudiyyə Ərəbistanı və İran qarşılaşıb
Bəhreyndə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələri, xüsusi ilə Səudiyyə Ərəbistanının hərbçiləri ilə qanlı qarşıdurma başlayıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, martın 16-da Səudiyyə Ərəbistanının 1 hərbçisi, Bəhreyn təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı öldürülüb.
Təsdiqlənməmiş məlumatlara görə, şiələrin yaşadığı Sitra kəndində yüz nəfərə yaxın insan güllələnib. Rəsmi məlumatlara görə isə dünən Bəhreyndə 4 əsgər və 3 aksiyaçı öldürülüb. Qarşıdurmalar bu gün də davam edir.
Bu arada Avropa Birliyinin rəhbərliyində olan, adının açıqlanmasını istəməyən diplomat “EU Observer” nəşrinə açıqlamasında bildirib ki, Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələrinin Bəhreyn kralına kömək məqsədi ilə martın 14-də ölkəyə daxil olması çox təhlükəlidir və Bəhreyndə Liviyada da olduğundan təhlükəli vətəndaş müharibəsi başlaya bilər.
Diplomat vurğulayıb ki, Bəhreyndə nə baş verdiyi artıq çılpaqlığı ilə üzə çıxır: Bəhreynlə şiə və sünnilər açıq toqquşma şəraitindədirlər. Bu, əslində İranla Səudiyyə Ərəbistanının üz-üzə gəlməsidir. Bu, partlayış doğuracaq bir durumdur. Tək biz yox, ABŞ və Rusiya da narahatdır.
Bəhreyndə baş verənlər, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələrinin şiələrə qarşı sərt davranışları İran və İraqda da narazılıqlara yol açıb. Şiələrin müqəddəs şəhəri Kərbəlada bu gün kütləvi aksiya keçirilib. Aksiyada Səudiyyə Ərəbistanının Bəhreyni işğal etməsi əleyhinə şüarlar səsləndirilib. İranda keçirilən aksiyada tələbələr Bəhreynə könüllü döyüşçü kimi getmək istədiklərini bəyan ediblər.
İsveç xarici işlər naziri Karl Bild bu gün öz bloqunda yazıb ki, Bəhreyndə öncə proseslərə İranın hər hansı müdaxiləsi olmayıb: “Ancaq İranın Bəhreyndəki proseslərə müdaxilə ehtimalı işğal və davam edən aksiyalar fonunda hər gün artır”.

566