Qəddafidən qiyamçılara son ultimatum
17 mart 2011 10:22 (UTC +04:00)

Qəddafidən qiyamçılara son ultimatum

Adcabiyə nəzarəti tam ələ alan Liviya prezidenti Müəmmər Qəddafi qiyamçıların son qalası sayılan Benqazi şəhərinin sakinlərinə ultimatum olan verib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi şəhər sakinlərinə amnistiya qarşılığında silahı yerə qoymağı təklif edib.

Liviya prezidenti ölkənin şərqində olan və proseslərin əvvəlində qiyamçılar tərəfə keçmiş hərbçiləri də hücuma keçən hökumət qüvvələrinə qoşulmağa çağırıb. Qəddafi Benqazinin azad edilməsi ilə bağlı keçiriləcək əməliyyatı humanitar aksiya adlandırıb. Bildirib ki, Benqazidə müqavimət gözləmir və şəhərin döyüşsüz nəzarət altına keçəcəyinə əmindir: “Şəhəri ələ keçirən silahlılar və cinayətkarların sonu çatıb”.

Benqazidəki Milli Keçid Şurasının hərbi qüvvələrinin komandiri, general Adel Fattah Yunis isə hesab edir ki, Müəmmər Qəddafiyə sadiq qüvvələr məğlubiyyətə məhkumdur.
Bu arada martın 16-da BMT Təhlükəsizlik Şurasında Liviya ilə bağlı qətnamə layihəsi ətrafında aparılan 9 saatlıq müzakirələrin nətiəcəsiz qaldığı məlum olub. Qapalı toplantının yekunları ilə bağlı jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays məlumat verib. BMT Təhlükəsizlik Şurası Livanla bağlı müzakirələri bu gün davam etdirəcək.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq isə bəyan edib ki, Böyük Britaniya Liviya xalqını Müəmmər Qəddafi rejimindən qorumaq üçün BMT-nin qətnaməsi olmadan vəziyyətə müdaxilə etməyə hazırdır. Ancaq müşahidəçilər Müəmmər Qəddafiyə sadiq qüvvələrin yaxın vaxtlarda bütük ölkəyə nəzarəti ələ alacağına əmindirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar