Qəddafinin müxalifətin əsas qalasını ələ keçirməsi an məsələsidir
Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələrin zirehli birlik, hava və dəniz qüvvələrinin dəstəyi ilə bəzi şəhərləri ələ keçirməsi müxalifəti çətin vəziyyətə salıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafiyə bağlı qüvvələrin Zuvaraya yönəlik hava hücumunda dörd nəfərin öldüyü bildirilir.
Təhlükəsizlik qüvvələri irəliləməyə davam edərkən müxalifətin qalası olan Benqazi şəhərində həyəcan siqnalı verilib. Liviya prezidentinə sadiq qüvvələr xüsusilə Benqazinin qarşısında önəmli strateji nöqtə olan Əjdəbiyə şəhərini havadan bombardman edir. Əjdəbiyyə təslim olacağı təqdirdə Müəmmər Qəddafiyə bağlı qüvvələrin Benqaziyə girməsinin an məsələsi olduğu bildirilir.
Liviya Milli Şurasının sözçüsü Abdulcəlil Qərbə müraciət edib. O deyib ki, Liviya hava sahəsi uçuşa yasaq bölgə elan edilməzsə və Suriyadan silah gətirdiyi iddia edilən Müəmmər Qəddafinin gəmiləri yoxlamadan keçirilməzsə, Liviyada böyük bir fəlakət yaşanacaq. İngiltərə xarici işlər naziri Uilyan Hague isə Müəmmər Qəddafinin ölkəyə nəzarəti ələ keçirməsinin liviyalılar üçün kabus olacağını söyləyib.
Bu arada ABŞ prezidenti Barak Obama Müammər Qəddafinin legitimliyini itirdiyini söyləyib. Ağ Evdə görüşdüyü Danimarkanın baş naziri Lars Lökke Rasmussen ilə birgə mətbuat konfransı keçirən Obama Qəddafinin iqtidardan getməsi məsələsində həmfikir olduqlarını dilə gətirib. ABŞ prezidenti NATO, BMT və beynəlxalq birliklə birlikdə Liviya xalqı üçün daha yaxşı nəticə əldə etmək istiqamətində fəaliyyətləri davam etdirəcəklərini vurğulayıb. Barak Obama beynəlxalq birliyin dinc vətəndaşlara qarşı zorakılığa sərt reaksiya verməsi və humanitar yardım fəaliyyətlərini artırmasının vacib olduğunu qeyd edib.
Danimarkanın baş naziri də Müəmmər Qəddafinin legitimliyini itirdiyini və beynəlxalq birliyin Liviya xalqını qorumaq üçün bütün alternativləri müzakirə etməsinin önəmli olduğunu bildirib.

555