Yaponiyada istehlak təlaşı
Radioaktiv çirklənmə və yeni yeraltı təkanlarla bağlı real təhlükə Yaponiyanın tək zəlzələ və sunamidən zərər çəkmiş rayonlarında yox, bütün ölkə ərazisində istehlak təlaşı yaradıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, insanlar mağazalardan əsas ərzaq məhsullarını və zəruri malları almağa tələsirlər.
Mağaza və supermarketlərdə konserv, yatacaq kisələri, fənərlər, elektrik batareyaları tükənib. Çox az yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq doldurmaq mümkündür.
Yaponiyanın istehlakçıların hüquqlarını müdafiə naziri yaponlardan təlaşa son qoymağı xahiş edib. O deyib ki, əsas ərzaq məhsullarının sürətlə alınması və tükənməsi ölkənin şimal-şərqində xilasetmə xidmətlərinin yükünü artırır.
Yaponiya hökumətinin təmsilçiləri artıq zəlzələ və sunami qurbanlarının sayının ən azı 10 min nəfər olduğunu söyləyirlər. Ölkənin şimalında hələ də 850 min yaşayış evi elektrik enerjisi ilə təmin olunmayıb, temperatur isə 0 dərəcəyə yaxındır. 1,5 milyon yaponun evində su yoxdur. Yaponiyanın baş naziri Nato Kan xalqa müraciətində deyib ki, ölkə İkinci Dünya Müharibəsindən sonra ən böyük fəlakətlə üzləşib.

463