Qahirədə porno tapıntı...
09 mart 2011 16:36 (UTC +04:00)

Qahirədə porno tapıntı...

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, onlar Qahirədə ümumilikdə 11 müxtəlif dövlət qurumunun binasına daxil olaraq, Mübarək hakimiyyətinin şantaj üçün nəzərdə tutduğu sənədləri və videoçəkilişləri ələ keçiriblər.

Aksiyaçılar bildiriblər ki, hökumət evlərinin birində tək Misirdə deyil, ərəb dünyasında məşhur olan şəxslərlə bağlı pornoqrafik videoçəkilişlərin toplandığı bir otaq aşkarlayıblar. Bu video və fotoçəkilişlər həmin şəxslərin Misirə rəsmi səfərləri zamanı aparılıb. Bunların arasında ərəb monarxları və ailə üzvləri də var. Məsələn, Küveyt şahzadəsi və məşhur bir Misir məmuru İsgəndəriyyənin “Sesiliya” otelində olarkən çəkiliş aparılıb.

Aksiyaçılar müxtəlif universitetlərin professorlarının, siyasi fəalların və müxalifət nümayəndələrinin qeydə alınan telefon danışıqlarını da tapıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar