Obama İrana qarşı sanksiyanın müddətini uzatdı
Lent.az-ın “İTAR-TASS”ın məlumatına əsasən, prezident Amerika konqresinə ünvanladığı məktubda bildirib: “ABŞ-la İran arasındakı böhran Tehran hakimiyyətinin fəaliyyəti ucbatından aradan qalxmayıb. İran rəhbərliyinin fəaliyyəti və yürütdüyü siyasət ABŞ-ın bölgədəki maraqlarına ziddir. Bu davranış ölkəmizin milli təhlükəsizliyini, xarici siyasət və iqtisadiyyatımızı fövqəladə halda təhdid edir. Bununla bağlı İrana münasibətdə sanksiya rejimini daha bir uzadılmasını vacib sayıram”.
Xatırladaq ki, 1995-ci il martın 15-də ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton Amerika şirkətlərinə Tehranla bütün maliyyə-iqtisadi əməliyyatların, o cümlədən İrandakı neft-qaz yataqlarında birgə işləməyi yasaqlayan sanksiya imzalamışdı. O, vaxtdan bəri hər il bu sanksiyanın müddəti uzadılır və qadağalar siyahısına yeniləri əlavə edilir.
Sədrəddin Soltan

543