Səudiyyə Ərəbistanı və Küveytdə qarışır
09 mart 2011 14:59 (UTC +04:00)

Səudiyyə Ərəbistanı və Küveytdə qarışır

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, hökumətin dövlət quruluşunu qorumaq arqumenti ilə hər cür nümayişi qadağan etdiyi Səudiyyə Ərəbistanında rejim əleyhdarları sosial şəbəkələr vasitəsilə “Qəzəb günü” elan etdikləri 11 və 20 martda iqtidara qarşı mitinqlər planlaşdırırlar. Nümayişləri qadağan edən Səudiyyə Ərəbistanı hökuməti aksiyanın keçiriləcəyi gün üçün minlərlə polisin hazırlıq vəziyyətinə gətirilməsinə dair təlimat verib.

Dünyanın dördüncü böyük neft ixracatçısı olan Küveytdə də mitinq hazırlıqları davam edir. Küveytli gənclər Əmirin ailəsinə mənsub baş nazir Şeyx Nasir Əl Məhəmməd Əs Sabahın vəzifəsindən istefa verməsi və siyasi azadlıqların artırılması tələbi ilə aksiyalar keçirməyi planlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820

Oxşar yazılar