Ərdoğan seçki marafonunu başlatdı
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 12-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, AKP İdarə Heyətinin partiyanın sədri, baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantıında seçkiyə hazırlıq məsələləri müzakirə edilib.
Toplantıda qəbul edilən qərarlar haqda məlumat verən AKP sədrinin müavini Hüseyn Çelik namizədlərin mərkəz yoxlaması ilə təsbit ediləcəyini söyləyib. Hüseyn Çelik bildirib ki, hakim partiyada namizəd olmaq istəyənlər bu gündən etibarən müraciət etməyə başlayacaqlar. Ərizələrin qəbulu martın 14-də, saat 17:00-da başa çatacaq.
Namizədlik üçün müraciət edən kişilər 3 min, qadınlar isə 1500 lirə ödəyəcəklər. Fiziki problemi olan namizədlərdən pul alınmayacaq.

515