Səudiyyə Ərəbistanı mitinqləri qadağan etdi
05 mart 2011 19:17 (UTC +04:00)

Səudiyyə Ərəbistanı mitinqləri qadağan etdi

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, televiziya açıqlamasında formasından asılı olmayaraq istənilən kütləvi çıxışın şəriətə və ölkənin ənənələrinə zidd olduğu və bu səbəbdən də dağıdılacağı bildirilir. Bəyanatda xüsusi olaraq qeyd edilir ki, polis qanunsuz aksiyaların dağıdılması üçün istənilən tədbir gör bilər.

Qeyd edək ki, nazirliyin bu açıqlaması 11 mart çağırışları ilə bağlıdır. Krallığın vətəndaşları arasında həmin gün küçələrə çıxmaq çağırışı yayılır.

Ölkədəki hakim sistemə qarşı ilk aksiyalar martın 4-də keçirilib. Şiələrin aksiyasında ümumilikdə 200 nəfər iştirak edib və onlar həbsxanadakı şiələrin azad edilməsini tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar