Sevgilisindən ayrılan 78 yaşlı kişi 3 nəfəri öldürdü
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yoahim Toro adlı kişi 30 yaşlı sevgilisi ilə mübahisə edib. Qadın 78 yaşlı sevgilisindən ayrılmaq istəyib. Amma ahıl kişi sevgilisinin bu təklifindən bərk qəzəblənib və qadının maşınını atəşə tutub. Nəticədə sevgilisi güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Bununla da hirsi soyumayan qoca yoldan keçən 3 nəfər güllələyib və sonra silahı üzünə tuşlayaraq, atəş açıb. Nəticədə hər üç şəxs ölüb, üzü parçalanan 78 yaşlı kişi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

604