Mübarəkin oğlu intihara cəhd edib
04 mart 2011 10:58 (UTC +04:00)

Mübarəkin oğlu intihara cəhd edib

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin oğlu Qamal Mübarək atası hakimiyyətdən gedəndən sonra özünü öldürmək istəyib. Lent.az-ın Əlcəzairin “Echorouk” qəzetinə istinadən verdiyi məlumata görə, Qahirədə olan Qamal hüquq-mühafizə orqanlarının onun bir neçə xarici bankdakı hesablarındakı pulu müsadirə etməyə cəhd göstərdiyini görərək özünü zəhərləyib.

Qamal Mübarək zəhəri çay stəkanına tökərək içib və huşunu itirib. Zamanında həkim çağırılması onun həyatını xilas edib. Qan analizi onun həqiqətən də zəhər içdiyini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar