“Ata, Nikaraquaya get!”
Liviya lideri Müəmmər Qəddafinin oğulları Nikaraqua prezidenti Daniel Orteqa ilə görüşüb, atalarına Nikaraquada sığınacaq verilməsinə dair razılıq alıblar. Lent.az-ın verdiyi məlumata görə, “İsrail Ordu” radiosu bu xəbəri Qəddafi ailəsinin Liviyadan kənarda yaşayan üzvlərinə istinadən yayıb.
Müəmmər Qəddafiyə Nikaraquada sığınacaq verilməsi məsələsinə ABŞ da dəstək verib. Ancaq Müəmmər Qəddafi bu tövsiyəni rədd edib və mübarizəsini davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, Nikaraqua prezidenti Daniel Orteqa, 2009-cu ildə Qəddafi Beynəlxalq İnsan Haqları Mükafatına layiq görülüb.

530