Ermənistandan İrana “xoşməramlı jest”
28 fevral 2011 19:41 (UTC +04:00)

Ermənistandan İrana “xoşməramlı jest”

0
Lent.az-ın “armenews.com” istinadla xəbərinə görə, Ermənistan Ədliyyə Nazirliyi öz davranışını “xoşməramlı jest” adlandırıb.

Nazirliyin sözçüsü Karine Kələntəryanın dediyinə görə, məhbuslar ötən həftə vətənə yola salınıb: “Hazırda Ermənistan həbsxanalarında 70 İran vətəndaşı cəza çəkir. Onların demək olar ki, hamısı narkotik vasitələrin dövriyyəsinə görə həbsə düşüb. Digər dustaqların da ekstradisiyası məsələsi yaxın vaxtlarda müzakirə ediləcək”.

Hazırda Ermənistan həbsxanalarında 200 əcnəbi cəza çəkir. İran həbsxanalarında isə 1 nəfər də Ermənistan vətəndaşı yoxdur.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 757

Oxşar yazılar