Sarkozi Türkiyəyə gəldi
25 fevral 2011 16:47 (UTC +04:00)

Sarkozi Türkiyəyə gəldi

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, hava limanında Nikola Sarkozini qarşılamağa heç bir nazir getməyib. Fransa prezidentini Ankaranın Esenboğa Hava Limanında Xarici İşlər Nazirliyinin müşşaviri Feridun Sinirlioğlu, Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu, Fransanın Ankaradakı səfiri Bernard Emie və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek qarşılayıb.

Nikola Sarkozi onun üçün ayrılan avtomobilə oturmazdan öncə jurnalistlərə əl eləyib. Bir jurnalistin uzaqdan verdiyi suala isə o, gülərək qarşılıq verib.

Qeyd edək ki, Nikola Sarkozinin öncə Türkiyəyə 2 gün nəzərdə tutulan, sonra isə 1 günə endirilən və 6 saatla məhdudlaşdırılan səfəri Türkiyə hakimiyyətində ciddi narazılığa yol açıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan Nikola Sarkozinin qısa çəkəcək bu səfərinin Türkiyə və Fransa arasındakı münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar