Dəniz quldurları “Kvest” yaxtasındakı 4 ABŞ vətəndaşını güllələdi
22 fevral 2011 19:32 (UTC +04:00)

Dəniz quldurları “Kvest” yaxtasındakı 4 ABŞ vətəndaşını güllələdi

Lent.az-ın “CBS” telekanalına istinadən verdiyi məlumata görə, dəniz quldurlarının Somali istiqamətinə apardıqları yaxtadan bu gün güllə səsləri eşidilib.

Bundan sonra ələ keçirilmiş yaxtanı izləyən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi hərəkətə keçib. ABŞ dəniz piyadaları yaxtanın göyərtəsinə çıxıb və ə 12 dəniz quldurunu neytrallaşdırıblar. Dəniz quldurlarının bir hissəsi öldürülüb, digərləri isə yaxalanıblar. Yaxtada olan Kaliforniya sakinləri Eto Cin və Skott Adam, Sietl sakinləri Fillis Makey və Bob Riqql ölmüş vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, 2 yaşlı ABŞ vətəndaşı ‘Kvest” yaxtası ilə dünya səyahətinə çıxmağa qərar verib. Ancaq fevralın 18-də dəniz quldurları onların bu arzusunun gerçəkləşməsinə mane olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar