Qəzzafi ortaya çıxdı
Bu gecə Liviya rəhbəri Müəmmər Qəzzafi Liviya Dövlət Televiziyasının efirində peyda olub.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 20 saniyə davam edən çıxışı zamanı Müəmmər Qəzzafi paytaxt Tripolini tərk etməsi barədə yayılan xəbərləri təkzib edib.
O deyib ki, bu gün Yaşıl Meydanda yağış yağmasına baxmayaraq gənclər qarşısında çıxış etməsindən məmnun qalıb: “Mən hamının nəzərinə çatdırmaq istəyirəm ki, Tripolidəyəm. Venesuelaya getməmişəm. Bu itlərə – telekanallara inanmayın. Hələlik”.
Daha sonra Müəmmər Qəzzafi avtomobilin arxa oturacağına əyləşib. Milli paltarda olan Liviya prezidentinin əlində çətir olub.
Bu arada Liviya ordusunda hərbçilərin bir hissəsinin Müəmmər Qəzzafi əleyhdarlarının tərəfinə keçdiyi barədə xəbərlər yayılıb. Ümumdünya Müsəlman ittifaqının rəhbəri Şeyx Yusif əl-Kardavi də Liviya ordusunu öz xalqına qarşı silah çəkən Müəmmər Qəzzafiyə tabe olmamağa, onu fiziki cəhətdən məhv etməyə çağırıb. Eyni zamanda Liviyanın xarici ölkələrdəki səfirlərinə də Müəmmər Qəzzafi rejimini müdafiə etməməyə səsləyib.
Bu gecə Misirin Tripolidəki səfirliyində avtomobil partladılıb. Şahidlərin sözlərinə görə, avtomobildə olan səfirlik əməkdaşları xilas ola bilməyiblər.

1122