İranlı generalın yersiz məsləhəti
22 fevral 2011 09:38 (UTC +04:00)

İranlı generalın yersiz məsləhəti

İran dövlət televiziyasının məlumatına əsasən, İslam Respublikası silahlı qüvvələri baş qərargahının rəisi, diviziya generalı Seyid Həsən Firuzabadi islam dövlətlərinin ordu generalları və komandanlarına «Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra onun generallarının başına açılandan ibrət götürməyi» məsləhət görüb.

O, müsəlman ölkələrinin ordu hissələri başçılarına müraciət edərək, deyib: «Şübhə yoxdur ki, heç bir ordu, sionist rejim istisna olmaqla, öz xalqı ilə mübarizə aparmaz. Hazırda müsəlman xalqları azadlıq, müstəqillik və İslam hakimiyyəti tələb edir. Müsəlman orduları öz vətəndaşlarının tələblərini dinləməlidir».

ABŞ-ın dövlət katibi Hillari Klintonun məşhur deyimi yada düşür: «İran hakimiyyəti ikiüzlüdür. Onlar Misirdəki müxalifəti dəstəklədikləri halda öz ölkəsindəki müxalifəti əzir».

Bu baxımdan, İran generalının məsləhəti hansı vətəndaşlara şamil edilir - İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, dinc etirazçılara divan tutulmasında istifadə olunan və dünya ictimaiyyətinə mövcud hakimiyyətin tərəfdarı kimi sırınan bəsiclərə, yoxsa milli haqlarının təmin olunmasını, demokratik dəyərlərin İranda da bərqərar olmasının istəyən vətəndaşlara? Yaxud İranda da ordu 1979-cu il inqilabında və Misirdəki etiraz aksiyalarındakı kimi ehtimal – qvardiya xalqın tələblərini müdafiə edəcək? Hər halda, İran İslam Respublikası rəhbərlərinin çıxışları hələ ki bunu göstərmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar