Bəhreyndə yenə qan töküldü
17 fevral 2011 10:32 (UTC +04:00)

Bəhreyndə yenə qan töküldü

Bəhreynin paytaxtı Manamada İnci Qovşağı meydanına keçirilən etiraz aksiyası dağıdılıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, polis aksiyaçıları gecə saatlarından sıxışdırmağa başlayıb.

Meydanının ətrafındakı işıq sistemləri dağıdılıb. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub. Ən azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb.

Qeyd edək ki, Bəhreyndə 4 gündür, davam edən aksiyalarda baş nazirin istefası, hökumətin formalaşmasında müxalifətin iştirakı, ölkənin konstitusiyalı monarxiya sisteminə keçidi, siyasi məhbusların azadlığa buraxılması, yeni iş yerlərinin yaradılması, mənzil probleminin həlli tələb olunur. İlk günlərdə Bəhreyndə aksiyaları şiələr keçirirdisə, bir gün əvvəl sünnilər də aksiyalara qoşulublar.
“Reuters” agentliyi bu dəqiqələrdə Manama küçələrində tankların və hərbi yük maşınlarının çıxarıldığı barədə xəbər yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar