Kərkükdə 3 türk qaçırıldı
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, türklər kondisioner və lift quraşdırılması ilə məşğul olan şirkətin işçiləri olub. Dünən 5 nəfər silahlı Kərkükün cənubunda 8 türk işçinin qaldığı evə gəlib və 3 türkü özləri ilə götürərək aradan çıxıb. Qaçırılanlar 21-39 yaşlarındadır və İstanbuldan gəliblər.
Evdəki digər 5 türkün ifadəsini alan İraq polisi cinayətkarların yaxalanması üçün araşdırma aparır.
Evdəki digər 5 türkün ifadəsini alan İraq polisi cinayətkarların yaxalanması üçün araşdırma aparır.
321