PKK-nın təbliğat rəhbəri həbs edilib
“Beritan” kod adlı Cihan Asi Vandakı özəl xəstəxanaya gətirilərkən saxlanılıb
PKK terror təşkilatının təbliğata məsul əsas şəxsi, “Beritan” kod adlı Cihan Asi xərçəng xəstəliyindən müalicə olunmaq üçün saxta sənədlə Şimali İraqdan Türkiyəyə keçib.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Şimali İraqda PKK bazaları yerləşən Qəndil dağından lüks bir avtomobillə Vandakı özəl xəstəxanaya gətirilən Cihan Asinin keçən ay polis tərəfindən həbs olunduğu ortaya çıxıb.
PKK sıralarına 1999-cu ildə qoşulan Cihan Asi Zap bazasında bölük komandiri olub, daha sonra Qəndil dağına keçib. O, hazırda PKK-nın faktiki lideri sayılan Murat Karayılana yaxın şəxslərdən biridir. Qəndilə gəldikdən sonra PKK-nın təbliğat sahəsində əsas məsul şəxsi təyin olunub.
Cihan Asinin adı 12 əsgərin həlak olduğu Dağlıca olayı ilə bağlı ittihamnamədə də yer alır.

Oxşar yazılar

Keçmiş hərbçi təyyarəni qaçırdı, sərnişinləri və pilotu bıçaqladı
18 aprel 2025 , 13:58
Tanınmış aparıcının saxta pasportları üzə çıxdı – ARAŞDIRMA BAŞLAYIR
18 aprel 2025 , 10:42
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf etdilər
18 aprel 2025 , 07:29
ABŞ Yəməni VURDU: 30-dan çox ölən var-YENİLƏNİB
18 aprel 2025 , 06:53
Bayden tədbirlərə 300 minə gedir
18 aprel 2025 , 06:26
Çilidə güclü zəlzələ baş verdi
18 aprel 2025 , 05:15
Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinala yüksəldi
18 aprel 2025 , 01:56