Obama mətbuat katibini ağlatdı - FOTO
12 fevral 2011 16:24 (UTC +04:00)

Obama mətbuat katibini ağlatdı - FOTO

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Misirdə baş verən gərgin proseslərə baxmayaraq, Barak Obama Robert Qibbsin keçirdiyi son brifinqdə iştirak edib və ona fotoçərçivədə qalstuk təqdim edib.


Bu qeyri-adi hədiyyə bir hadisə ilə bağlıdır. 2004-cü ildə Bostonda Respublikaçılar Partiyasının konfransında çıxış etməyə hazırlaşan Barak Obama özünə yaxşı qalstuk tapa bilmir. Robert Qibbs öz qalstukunu ona verməklə problemi həll edir.


Barak Obama deyib ki, həmin vaxt qalstuk seçmək onun əsas problemi olub: “Robert Qibbs əslində qalstuku mənə vermək istəmirdi, çünki bu qalstukda o özü də yaxşı görünürdü”.


Belə görünür ki, qalstuk Barak Obamanın o qədər xoşuna gəlib ki, yalnız indi geri qaytarıb. ABŞ prezidenti öz əli ilə buna görə təşəkkür məktubu da yazıb: “Bu gün nəhayət, rəsmən onun qalstukunu qaytarıram. Mənim üçün Robert Qibbs yalnız güclü mətbuat katibi deyil, həm də əla dostdur. O, yenə də komandamızda qalır, bizimlə birgə işləyəcək”.


Mütəəssir olmuş Robert Qibbs Barak Obamaya təşəkkür edərkən göz yaşlarını saxlaya bilməyib. O, prezidentə yaratdığı bütün imkanlara görə təşəkkür edib: “Mən insanlarla işləmişəm və bu, mənim üçün şərəfdir. Nə bu gün, nə sabah heç kimlə vidalaşmağa hazırlaşmıram. Siz hamınız ailəmin bir parçasısınız”.


Qeyd edək ki, Robert Qibbsi bu postda “Time” jurnalının Vaşimnqton bürosunun keçmiş rəhbəri Cey Karni əvəzləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar