Deputatlar yumruqlarını işə salırlar
11 fevral 2011 21:11 (UTC +04:00)

Deputatlar yumruqlarını işə salırlar

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Albaniyada keçən il dekabrın 21-də 4 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyası parlamentdə müzakirə mövzusu olub.

Müxalifətdəki Sosialist Partiyasından olan millət vəkilləri 21 dekabr hadisələrinin parlamentin gündəliyinə çıxarılmasını tələb ediblər. Hakim partiyanın millət vəkilləri isə buna etiraz edib. Müxalif deputat Edi Palokay iqtidar deputatı Armando Prelanı yumruqlayıb. Parlament sədri davanı sakitləşdirmək üçün iclasa ara verməyə məcbur olub. Ancaq fasilədən sonra da gərginlik bitməyib və spiker iclası təxirə salmağa məcbur olub. Müxalif deputatın döydüyü Armando Prela isə xəstəxanaya aparılıb.

Venesuelada isə parlamentin iclası keçirilərkən müxalifətçi deputat Alfonso Marquina zalın tamaşaçılar oturan bölümündə səs-küy salan bir qrup Çaves tərəfdarının salondan çıxarılmasını istəyib. İqtidar partiyasından olan deputatlar isə Alfonso Marquinanın kürsüdən endirməyə çalışıblar. Müxalifətdən bir qrup millət vəkilinin müdaxiləsi ilə olay böyüyüb. Yumruqların havada uçuşduğu davaya polis müdaxilə edib.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisinin komitə iclasında AKP və BDP deputatları arasında dava düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar