Ərdoğan qanunsuz otelin açılışına qatılıb
0
0
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yanvarın 8-də Qarsda açılışında iştirak etdiyi 7 mərtəbəli otelin 6-cı və 7-ci mərtəbəsinin qanunsuz tikildiyi üzə çıxıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Qars Bələdiyyəsi otelin 2 mərtəbəsinin uçurulması ilə bağlı qərar verib.
Qeyd edək ki, Qars Bələdiyyəsinin sədri hakim partiyanın təmsilçisi Nevzat Bozkuşdur. Otelin 2 mərtəbəsinin söküləcəyi ilə bağlı xəbəri təsdiqləyən AKP-li Nevzat Bozkuş məsələ ilə bağlı açılışdan əvvəl məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edildiyini də nəzərə çatdırıb.
Bələdiyyə sədri otelin açılışında Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyindən xəbəri olmadığını deyən Nevzat Bozkuşun sözlərinə görə, baş nazirin avtomobili hərəkət edərkən otelin önündə durub: “Biz də avtomobillərdən enərək onu müşahidə etməyə başladıq. Baş nazir o zaman otel sahiblərinin istəyini yerə salmayaraq açılışda iştirak etdi. Mən qələbəlikdə Rəcəb Tayyib Ərdoğana otelin 2 mərtəbəsinin qanunsuz tikildiyi barədə məlumat verməyə fürsət tapmadım. Məsələyə artıq məhkəmədə baxıldığından çox danışmağa gərək yoxdur”.