Prokuror Berluskoninin məhkəməyə çıxarılmasını tələb etdi
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Milan Prokurorluğu Silvio Berluskoni ilə bağlı istintaqın başlaması üçün məhkəməyə müraciət edib. Bu gün məhkəməyə təqdim olunmuş müraciətdə prokuror istintaqın tezliklə başlanmasını zəruri sayıb. 74 yaşlı Silvio Berluskoni yetkinlik yaşına çatmamış Mərakeş əsilli rəqqasə Kərimə əl-Mahruq ilə cinsi əlaqəyə girməkdə şübhəli sayılır.
Prokuror qeyd edib ki, baş nazirə qarşı ittihamın elan edilməsi üçün yetərincə sənəd var və məhkəmə prosesi tezliklə başlamalıdır. İndi məhkəmə sədri Kristinoy di Çensonun 5 gün vaxtı var. O, prokurorluğun materiallarını yoxlamalı və bunların Silvio Berluskoni barədə istintaqın başlanılması üçün yetərli olub-olmaması barədə qərar verməlidir. Əjər məhkəmə prokurorun dəlilləri ilə razılaşarsa, yaxın aylarda baş nazirlə bağlı məhkəmə prosesi başlayacaq.
Ancaq Milan Məhkəməsinin baş naziri mühakimə etmək səlahiyyətinin olub-olmaması da müzakirə mövzusudur. Silvio Berluskoninn vəkilləri bildirirlər ki, baş naziri yalnız parlament üzvləri üçün yaradılmış xüsusi məhkəmə orqanı mühakimə edə bilər. Baş nazirin vəkili Nikkolo Qedini deyib ki, əgər Milan Məhkəməsi Silvio Berluskoninin mühakiməsinə qərar verərsə, məsələ İtaliya parlamentinin aşağı palatasında müzakirəyə çıxarılacaq. Bu palatada isə Silvio Berluskoninin lideri olduğu Xalq Azadlığı Partiyasının üzvləri üstünlük təşkil edir.
Qeyd edək ki, prokurorluğun apardığı araşdırmaya görə, Kərimə əl-Mahruq hələ 17 yaşı olarkən Silvio Berluskoninin villasında təşkil olunan ziyafət məclisində iştirak edib. O, pul müqabilində baş nazirlə cinsi əlaqədə olub. Silvio Berluskoni isə Kərimə əl-Mahruq ilə əlaqəsini inkar edir və heç vaxt seksə görə qadınlara pul ödəmədiyini söyləyir.

540