Müstəqilliyini elan etməyə hazırlaşan dövlətin naziri güllələndi
09 fevral 2011 16:33 (UTC +04:00)

Müstəqilliyini elan etməyə hazırlaşan dövlətin naziri güllələndi

Lent.az-ın “Əl-Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, regional hökumətin naziri səhər saatlarında öz ofisində öldürülüb. Cimmi Lemi Millanı elə bu nazirliklə işləyən sürücü qətlə yetirib. Sürücü əvvəlcə bir məmuru və nazirin mühafizəçisini, sonra isə nazirin özünü gülləyib. Cinayətin şəxsi motivli olduğu bildirilir.

Qeyd edək ki, 62 yaşlı Cimmi Lemi Milla Sudan mərkəzi hakimiyyəti ilə sülh danışıqlarında aktiv iştirak edib. Sülh danışıqları nəticəsində Cənubi Sudanda müstəqilliklə bağlı referendumun keçirilməsi qərara alınıb. Cənubi Sudan iyulun 9-da müstəqilliyini elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar