Pentaqondan şok qərar
08 fevral 2011 14:15 (UTC +04:00)

Pentaqondan şok qərar

ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda xidmət edən amerikalı qadın hərbçilərə başörtüyü geyinməyi məcburi edən qərar qəbul edib. Lent.az-ın Pentaqonun «Stars and Stripes» qnəşrinə istinadən verdiyi məlumata görə, İSAF tərkibindəki qadın bölüklərində xidmət edən hərbçi qadınlar post-patrul xidməti zamanı məcburi də olsa baş örtüyü geyinməlidirlər.

Bu addımın qadın hərbçilərin əfqan xalqı ilə rahat ünsiyyət qurmasına yardımçı olacağını iddia etsə də qəzet ümumilikdə qadın hərbçilərin baş örtüyünə məcburi keçirilməsinə qarşı çıxıb: «Dəbilqə hərbi geyimin ən lazımlı komponentidir. Snayper və bomba təhlükəsinin bu qədər yüksək olduğu bir bölgədə qadın əsgərlərin həyatı təhlükəyə atılır». Qəzet yazıda Senata müraciət edərək Pentaqonun bu qərarına qarşı çıxmaya da çağırıb.

Qeyd edək ki, Pentaqon bundan əvvəl – 2002-ci ildə Səudiyyə Ərəbistanındkı hərbi bazada xidmət edən qadın hərbçilərin baş örtüyü taxmalarınnı məcburi sayan direktiv qəbul edib. Lakin müzakirələrdən sonra Senat bu qərarı ləğv edib və hazırda Səudiyyə Ərəbistanında amerikalı qadın hərbçilər başıaçıq xidmət edir.

Qeyd edək ki, hazırda ABŞ ordusunda qadın hərbçilər şəxsi heyətin 16%-ni təşkil edir. Qadınlar xüsusi təyinatlı döyüş birlikləri, sualtı gəmilər, tank qoşunları istisna olunmaqla orduda bir sıra vəzifələri tuta bilərlər.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar