Obama siqareti atıb
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin mətbuat katibi Robert Qibbs söyləyib.
Robert Qibbs keçirdiyi mətbuat konfransında bildirib ki, artıq 9 aydır ki, prezident siqaret çəkmir. Onun sözlərinə görə, Barak Obama hətta vergilərlə bağlı respublikaçılarla aparılan uzun-uzadı müzakirələr, eyni zamanda Rusiya ilə strateji hücum silahlarının ixtisarı ilə əlaqədar aparılan gərgin danışıqlar zamanı da siqaret çəkməyib.
Qeyd edək ki, bu ilin martında Robert Qibbs bildirib ki, həkimlər Barak Obamaya siqareti atmağı tövsiyə ediblər. Həkimlər deyiblər ki, prezidentin səhhəti əla vəziyyətdə olsa da, qanunda xolesterinin miqdarını azaltmaq üçün siqareti atması və pəhrizə əməl etməsi məsləhətdir.
2008-ci il prezident seçkiləri kampaniyasında hər gün 5-6 siqaret çəkən Barak Obama özü də seçkidən sonra siqareti buraxacağına söz verib. Keçən ilin iyulunda o, siqaret vərdişindən 95 faiz azad olduğunu, ancaq hərdən 1 siqaret çəkdiyini söyləmişdi...

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49