ABŞ-da terror aktı törətməyə hazırlaşan şəxs yaxalanıb
10 dekabr 2010 14:23 (UTC +04:00)

ABŞ-da terror aktı törətməyə hazırlaşan şəxs yaxalanıb

Lent.az-ın “Wanşinqton Post” qəzetinə istinadən verdiyi məlumata görə, 21 yaşlı Baltimor şəhər sakini, az əvvəl islam dinini qəbul edərək Məhəmməd Hüseyn adı götürmüş Antonio Martinez hərbi çağırış məntəqəsində partlayış törətməyi planlaşdırırmış.

Federal Təhlükəsizlik Bürosu Antonio Martinezin Facebook sosial şəbəkəsində baxışlarını açıq şəkildə ortaya qoymasından şübhələnib. O, sosial şəbəkədəki səhifəsində yazıb ki, Allaha tabe olmayan hər kəsə nifrət edir. Bundan sonra o, izlənilməyə başlanılıb və terror aktına hazırlaşarkən yaxalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar