İngiltərə Silahlı Qüvvələrinin Baş Qərargah rəisindən şok etiraf
15 noyabr 2010 13:31 (UTC +04:00)

İngiltərə Silahlı Qüvvələrinin Baş Qərargah rəisindən şok etiraf

Qərb “əl-Qaidə” terror təşkilatını məğlub edə bilməyəcək. Lent.az-ın “Sunday Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İngiltərə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ser David Riçards qəzetə müsahibəsində dilə gətirib.

58 yaşlı general bildirib ki, Qərbin Üsamə bin Ladeninin rəhbəri olduğu “əl-Qaidə”ni və radikalları məğlub etməsi qeyri-realdır. Ser David Riçards hesab edir ki, “əl-Qaidə” terror təşkilatı İngiltərə üçün ən azı 30 il ciddi təhdid və təhlükə mənbəyi olacaq: “Radikalları məğlub etməyə çalışmaq gərəksizdir. Bunun əvəzində İngiltərə vətəndaşlarının təhlükəsizliyinin daha yüksək səviyyədə qorunmasına səy göstərmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar