Fransada yeni hökumət formalaşdı
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hökumətin yeni tərkibində xarici işlər və müdafiə nazirləri yenilənib.
Bundan əvvəlki hökumətdə xarici işlər naziri postunu tutan Bernar Kuşnerin yerinə Mişel Al-Mari təyin olunub. Müdafiə naziri Erve Moreni isə sabiq ədliyyə naziri Alen Jyüppe əvəzləyib. Yeni ədliyyə naziri Mişel Merse olub.
Əmək naziri Erik Vert də istefaya göndərilənlər arasındadır. Əmək Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşdirilib. Qeyd edək ki, məhz səhiyyə naziri Ksav Bertran pensiya yaşının 62 yaşa qaldırılmasını nəzərdə tutan və ölkədə ciddi etirazlara yol açsa da, qəbul olunan qanun layihəsinin müəllifidir.
Yeni hökumətdə nazir potfellərinin sayı 37-dən 31-ə düşüb. İmmiqrasiya İşləri üzrə Nazirlik Daxili İşlər Nazirliyinə, Maliyyə Nazirliyi və Sənaye Nazirliyi isə İqtisadiyyat Nazirliyinə birləşdirilib.
Prezident Nikolas Sarkozi baş nazir postuna Fransua Fiyonanı təyin edib. O, bu postu 2007-ci ildən tutur və üçüncü dəfədir ki, baş nazir təyin edilir. Bu dəfə hökumətin yenidən təşkil olunmasının səbəbi Nikolas Sarkozinin lideri olduğu Xalq Hərəkatı Uğrunda İttifaqın regional seçkilərdə məğlubiyyətlə üzləşməsidir. Yeni hökumət 2012-ci ildə keçiriləcək prezident seçkilərinə qədər fəaliyyət göstərəcək.

733