21 illik həbs müddəti başa çatdı
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, polis 1991-ci ildə Nobel sülh mükafatına layiq görülmüş Demokratiya Uğrunda Milli Liqanın 65 yaşlı rəhbərinin evi ətrafındakı mühafizə çəmbərini bu gün yığışdırıb.
Aun Su Çji ilk dəfə 1989-1995-ci illərdə ev həbsinə məhkum edilib. 2000-2002-ci illərdə həbs həyatı yaşayıb, 2003-cü ildə yenidən həbs olunub.
Noyabrın 7-də son 20 il ərzində ilk dəfə Myanmada parlament seçkiləri kampaniyası başlayıb. Qeyd edək ki, 1990-cı ildə keçirilmiş seçkilərdə Demokratiya Uğrunda Milli Liqa qalib gəlib. Ancaq hərbi xunta seçkinin nəticələrini tanımayıb və bu siyasi qüvvəni hakimiyyətə buraxmayıb.
Hərbi xunta bu seçkilər öncəsi isə vəd edib ki, 2010-cu il vətəndaş idarəçiliyi formasında keçidlə bağlı əlamətdar olacaq. Ancaq müxalifət hərbi xuntanın bu bəyanatının səmimiliyinə inanmır. Demokratiya Uğrunda Milli Liqanın təmsilçiləri bildirirlər ki, hakimiyyət işdən çıxarılma təhdidi ilə seçiciləri öz namizədlərinə səs verməyə məcbur edirlər. Xarici müşahidəçilər seçkilərə buraxılmır. Demokratiya Uğrunda Milli Liqa bu seçkiləri boykot edir.

Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14