Pişiyin bir sirrinin də üstü açıldı
Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, Virciniya Politexnik İnstitutu və Princeton Universiteti ilə əməkdaşlıq edən professor Stocker yüksək sürətli kamera ilə pişiyin necə su içdiyini lentə alıb, analiz edib.
Professor bildirib ki, pişiyin dilinin ucu su qabına enərkən arxaya doğru qıvrılır. Bu anda isə dil suyun içinə girmir, həfifcə suyun üzünə toxunur. Pişiyin dili ilə təmasda olan su ona yapışır və bu anda geri çəkilən bir su sütunu yaradır. Su sütununun ağzına girməsi ilə ağzını qapayan pişik beləliklə, suyun böyük qismini almış olur.
Alim bildirib ki, pişiyin həmin an cəldliyi də çox önəmlidir. Pişiyin belə su içmə texnologiyasının əsasında cazibə və dartma qüvvəsi dayanır.

754