ABŞ Əfqanıstana silah-sursatı Qazaxıstan üzərindən daşıyacaq
ABŞ və Qazaxıstan arasında Əfqanıstana göndərilən hərbi yüklərin Qazaxıstan üzərindən daşınması barədə müqavilə imzalanıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, müqaviləni ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endryu Şapiro və Qazaxıstanın ABŞ-dakı səfiri Erlan İdrisov imzalayıblar.
Müqaviləyə görə, ABŞ Əfqanıstandakı ABŞ və NATO missiyası üçün hərbçi və hərbi ləvazimatları daşımaq üçün Qazaxıstanın hava məkanından istifadə edə biləcək. Müqavilə 2001-ci ildən başlayaraq Əfqanıstana Qazaxıstan üzərindən yüklərin daşınması ilə bağlı sazişin davamıdır.
Tərəflərin yaydığı birgə bəyanatda qeyd olunur ki, öz hava məkanından keçməklə hərbi yüklərin daşınmasına icazə verməklə Qazaxıstan terrorizmlə mübarizəyə, Əfqanıstanda sabitliyin və rifahın bərqərar olmasına əhəmiyyətli töhfə verir.

543