Orqan transplantasiyası ilə məşğul olan beynəlxalq cinayətkar qrup aşkarlanıb
Kosovada orqan transplantapsiyası ilə məşğul olan beynəlxalq cinayətkar qrupun 7 üzvünə ittiham elan olunub. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kosovada fəaliyyət göstərən Avropa Birliyinin hüquq missiyası məlumat yayıb.
Bu missiya Kosovada xüsusi təhlükəli cinayətlərin araşdırılması ilə məşğul olan prokurorluq bölməsi funksiyasını yerinə yetirir. Beynəlxalq cinayətkar qruplaşmanın Türkiyə və İsraildən olan 2 üzvü barədə isə “İnterpol” xətti ilə axtarış elan olunub.
Cinayətkar qruplaşmanın alban üzvləri insan alveri, qeyri-qanuni tibbi fəaliyyət və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər. Bu, Kosova müstəqilliyini elan edəndən sonra burada qeydə alınan ən ciddi cinayət hadisəsidir.

609