Avropa Komissiyası məşhur müğənni ilə bağlı araşdırmaya başlayıb
13 noyabr 2010 12:05 (UTC +04:00)

Avropa Komissiyası məşhur müğənni ilə bağlı araşdırmaya başlayıb

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası müğənninin konsertinin xüsusi fonddan maliyyələşdirilməsinin nə dərəcədə qanunauyğun olduğunu araşdırır.

Məsələ ondadır ki, keçən ilin payızında Elton Con Neapolda yerli hakimiyyət orqanının maliyyələşdirdiyi festivalda çıxış edib. Avropa Komissiyası aydınlaşdırmaq istəyir ki, nə üçün italiyalı məmurlar iqtisadi böhranla mübarizə məqsədi ilə ayrılmış vəsaiti müğənni üçün xərcləyiblər.

Elton Cona bu festivalda çıxışı üçün verilən pulun miqdarı açıqlanmır. “BBC”nin məlumatlarına görə, söhbət 600 min avrodan gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487

Oxşar yazılar