Gül NATO üzvlərinə RƏM sistemi ilə bağlı məktub yazıb
13 noyabr 2010 11:52 (UTC +04:00)

Gül NATO üzvlərinə RƏM sistemi ilə bağlı məktub yazıb

Türkiyə prezidenti Abdulla Gül NATO-ya üzv dövlətlərə ölkəsinin hava hücumundan müdafiə sistemləri ilə bağlı mövqeyini əks etdirən məktub göndərib. Lent.az-ın “CNN-Turk” telekanalına istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasındakı mənbələr məktubun detallarını açıqlamayıblar.

Bununla belə, telekanal qeyd edir ki, Türkiyə rəhbərliyi ölkə ərazisində yerləşdiriləcək hava hücumundan müdafiə sistemlərinin NATO çərçivəsində olmasını, alyans üzvlərinin təhlükəsizliyinin qorunmasına yönəlməsini istəyir. Eyni zamanda NATO-nun 19-20 noyabrda keçiriləcək Lissabon sammitində bununla bağlı qəbul olunacaq yekun sənəddə konkret ölkənin təhlükə mənbəyi kimi göstərilməməsində təkid edir. Söhbət son dövrlər Türkiyənin isti münasibətlər qurduğu İrandan gedir. Müdafiə sistemlərinin Türkiyədə yerləşdirilməsi ideyasının müəllifi olan ABŞ isə İranın ballistik raketlərindən qorunmaq üçün bu təşəbbüslə çıxış edir.

Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan dünən bəyan edib ki, raket hücumundan müdafiə sistemlərinin Türkiyədə yerləşdirilməsi barədə hələ yekun qərar qəbul edilməyib və Ankaranın mövqeyi Lissabon sammitində müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar