İranın nüvə proqramı dekabrın 5-də İsveçrədə müzakirə olunacaq
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Avropa Birliyi “6-lar”la (ABŞ, Rusiya, Çin, İngiltərə, Fıransa və Almaniya) İran arasında görüşün dekabrın 5-də İsveçrədə keçirilməsinə razılıq verib.
Qeyd edək ki, Tehran görüşün noyabrın 15-də Türkiyədə keçirilməsini təklif etmiş, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə 23 noyabr və 5 dekabr tarixlərinin məqbul olduğunu bildirmişdi. Avropa Birliyi isə nüvə müzakirələrinin 5 dekabrda və İsveçrədə keçirilməsini məqbul sayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Hillari Klinton İranın nüvə proqramı ilə bağlı görüşün yeri və tarixi barədə qərarı Avropa Birliyinin verəcəyini söyləyib.

524